Əsas məzmuna keç

"İran onlardan cavab almayıb"

"İran onlardan cavab almayıb"

Xarici işlər naziri Abbas Əraqçi bildirib ki, rəsmi Tehranın regiondakı gərginliyi azaltmaq üçün etdiyi vasitəçilik təşəbbüsü Ər-Riyad tərəfindən cavabsız qalıb.

en ru

"İranın münaqişənin nizamlanmasına yönəlmiş danışıqlarda təklifinə nə , nə də Yəməndəki husilər hərəkatı cavab verib".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İranın naziri Əraqçi deyib.

"İran münaqişəyə son qoymaq məqsədilə danışıqlarda vasitəçilik etmək təklifinə Səudiyyə Ərəbistanından və ya Yəmən husilərindən cavab almayıb", - o vurğulayıb.

Nazir, həmçinin qeyd edib ki, Misirin husilərə qarşı mübarizədə Səudiyyə Ərəbistanına qoşulması vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Bundan əvvəl Misir Ər-Riyadın təhlükəsizliyinin təmin olunması üçün ona mümkün olan bütün yardımı göstərməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı husilərə qarşı mübarizədə Yəmənin hökumət qüvvələrinə hərbi dəstək verən ərəb koalisiyasına rəhbərlik edir. Koalisiya husilərin mövqelərinə hava zərbələri endirir. Buna cavab olaraq husilər Səudiyyə Ərəbistanının infrastrukturuna hücumlar etməyə başlayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…