Əsas məzmuna keç

Əraqçi 7 ölkənin həmkarı ilə danışıb

Əraqçi 7 ölkənin həmkarı ilə danışıb

İranın XİN rəhbəri Abbas Əraqçi regional gərginliyi müzakirə edib. Görəsən, rəsmi Tehranın bu diplomatik təşəbbüsü Yaxın Şərqdəki vəziyyəti necə dəyişəcək?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İranın naziri Əraqçi bir sıra ölkələrdən olan həmkarları ilə telefon danışıqları aparıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, A.Əraqçi Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper, Türkiyənin xarici işlər naziri , Fransanın xarici işlər naziri Jan-Noel Barro, Qətərin və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani, İraqın xarici işlər naziri Fuad Hüseyn, Misirin xarici işlər naziri Bədr Əbdelatti, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud və Pakistan ordusunun qərargah rəisi feldmarşal Asim Münirlə telefon danışıqları aparıb.

Qeyd olunub ki, danışıqlar zamanı A.Əraqçi onları regiondakı son hadisələr ətrafında İranın mövqeyi barədə məlumatlandırıb və Tehranın regiondakı eskalasiyanın amili olmadığını bildirib.

Xatırladaq ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda radikal "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb bölgələrindəki hərbi obyektlərə zərbə endirib.

ABŞ Prezidenti Tramp İran və İsraili təmkinli olmağa çağırıb, lakin bunun heç bir nəticəsi olmayıb.

Daha əvvəl İranın rəsmi şəxsləri və hərbçiləri münaqişənin eskalasiyası halında İsrailə, ABŞ-yə və onların müttəfiqlərinə yenidən raket zərbələri endirməyə hazır olduqları barədə xəbərdarlıq ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…