Əsas məzmuna keç

Pakistan və Suriya arasında tarixi yaxınlaşma

Pakistan və Suriya arasında tarixi yaxınlaşma

Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk dəfə yüksək səviyyəli rəsmi səfər baş tutub. İslamabad rəsmi Dəməşqlə əlaqələri dərinləşdirmək niyyətindədir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Suriya naziri Əsəd əl-Şeybani Pakistanın paytaxtı İslamabada rəsmi səfərini başa çatdırıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu səfər 2024-cü ilin dekabrında Bəşər Əsədin hakimiyyətdən getməsi və Əhməd əl-Şəranın rəhbərliyi altında yeni dövrün başlamasından sonra iki ölkə arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilir.

Qeyd edək ki, bu, 2007-ci ildən bəri Suriya xarici işlər nazirinin Pakistana ilk səfəridir.

Səfər çərçivəsində Əsəd əl-Şeybani Pakistanın və Baş nazirin müavini, xarici işlər naziri İshaq Dar ilə görüşlər keçirib.

Şahbaz Şərif Pakistanın Suriyanın suverenliyi, birliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha vurğulayıb. Tərəflər müdafiə, ticarət, investisiya və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, Pakistan rəhbərliyi Suriyanın Qolan təpələri ilə bağlı mövqeyini dəstəklədiyini bəyan edib.

Görüşlər regionda artan gərginlik fonunda baş tutub. Avqustun 18-də İsrailin İdlibdəki “Abu al-Duhur” aviabazasına endirdiyi hava zərbələri də müzakirə olunan əsas məsələlərdən biri olub.

Suriya dövlət mediasının məlumatına görə, hücum nəticəsində aviabazanın uçuş-enmə zolağı və anbarlar zədələnib, lakin insan tələfatı qeydə alınmayıb.

İslamabad hücumu beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək, İsrailin bu cür addımlarının regional sabitliyə təhdid yaratdığını bildirib.

Pakistanın Suriya ilə münasibətləri ölkədə baş verən siyasi dəyişikliklərlə paralel olaraq yenidən formalaşır.

Əsəd əl-Şeybani çıxışında Pakistan, Türkiyə və arasında imzalanmış “Məkkə Birgə Müdafiə Sazişi”ni alqışlayıb və İslamabadın regional gərginliyin azaldılması istiqamətində səylərini yüksək qiymətləndirib.

Hazırda Suriya yenidənqurma prosesini davam etdirərkən, Pakistan da regionda siyasi və strateji mövqeyini gücləndirməyə çalışır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…