Türkiyə Meteorologiya Baş İdarəsi (MGM) noyabrın 21-də gözlənilən güclü yağışlarla əlaqədar İstanbulun da daxil olduğu 24 vilayət üçün sarı kodlu xəbərdarlıq yayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, xəbərdarlığa əsasən, ölkənin bir sıra bölgələrində güclü leysan, şimşək və fırtına gözlənilir.
Şərqi Qara dəniz və Şərqi Anadolu bölgələrinin 2 000 metrdən yüksək dağlıq ərazilərində isə yağıntıların sulu qar və qar şəklində olacağı proqnozlaşdırılır.
Meteoroloqlar sel, subasma, torpaq sürüşməsi, ildırım və güclü külək təhlükəsinə qarşı əhalini ehtiyatlı olmağa çağırıblar.