Əsas məzmuna keç

Türkiyədə 20 vilayət üçün leysan xəbərdarlığı verilib

Türkiyədə 20 vilayət üçün leysan xəbərdarlığı verilib

Türkiyə Meteorologiya Baş İdarəsi oktyabrın 28-dən etibarən İstanbul və Ankarada da daxil olmaqla, bir çox bölgədə sel və subasma təhlükəsinə qarşı xəbərdarlıq edib.

en ru

Türkiyənin böyük hissəsində oktyabrın 28-dən etibarən güclü yağışlarının təsirli olacağı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Meteorologiya Baş İdarəsi əlverişsiz ilə əlaqədar 20 üçün sarı, Muğla vilayəti üçün isə narıncı xəbərdarlıq kodu elan edib.

Sarı xəbərdarlıq Adıyaman, Antalya, Aydın, Bingöl, Burdur, Denizli, Diyarbakır, Elazığ, Gaziantep, Isparta, İzmir, Kahramanmaraş, Malatya, Mardin, Mersin, Muğla, Şanlıurfa, Tunceli və Batman vilayətlərini əhatə edir.

Məlumata görə, oktyabrın 29-da Respublika Günü münasibətilə İstanbulda güclü leysan yağacağı, Ankarada isə yağışlı havanın davam edəcəyi gözlənilir. Bəzi bölgələrdə sel, subasma və təhlükəsinin olduğu bildirilib.

Qeyd edək ki, sarı xəbərdarlıq potensial təhlükəli hava hadisələrini, narıncı xəbərdarlıq isə təhlükəli meteoroloji şəraitin gözlənildiyini bildirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…