Əsas məzmuna keç

Qaradağda selin dağıtdığı körpü yenidən inşa edildi

Qaradağda selin dağıtdığı körpü yenidən inşa edildi

Bakı-Ələt-Astara magistral yolunun 65-ci kilometrliyində təbii fəlakət nəticəsində yararsız hala düşən keçid müasir standartlara uyğun bərpa olunub.

en ru

Qaradağ rayonunda Səngəçal-Çeyildağ yolunun 13-cü kilometrliyində sel nəticəsində dağılmış körpünün əvəzinə yeni inşa edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, intensiv yağıntılar və güclü sel nəticəsində zədələnmiş yol infrastrukturunun bərpası çərçivəsində tikilən yeni körpü biraşırımlıdır.

Layihə çərçivəsində sıradan çıxmış körpü qurğusu yenisi ilə əvəz olunub, yolun həmin hissəsində əlaqəsinin bərpası təmin edilib.

Qeyd edək ki, intensiv yağıntılar və güclü sel nəticəsində respublikanın müxtəlif bölgələrində avtomobil yollarına, körpülərə və digər yol qurğularına dəymiş ziyanın aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…