Əsas məzmuna keç

Qobustanda yeni körpü tikilir

Qobustanda yeni körpü tikilir

Qaradağ rayonunun Qobustan qəsəbəsində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə yeni yol ötürücüsünün tikintisinə başlanılıb. Layihə nədən ibarətdir?

en ru

Bakı–Ələt––Gürcüstanla dövlət sərhədi yolunun 55-ci kilometrliyində, Bakının rayonunun qəsəbəsində keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata əsasən, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür.

1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb. İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…