Operativ Məlumat Mərkəzi

Moskvaya güclü qar yağıb, yüzlərlə uçuş ləğv olunub

1 dəq
Paylaş:
Moskvaya güclü qar yağıb, yüzlərlə uçuş ləğv olunub
üç gündür aramsız yağan qarın hündürlüyü yarım metri keçib.Sinoptiklər yanvar ayı üçün bu göstəricini rekord hesab edirlər.Qar yağıntısı güclü küləklə,...

Rusiya paytaxtına güclü qar yağıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, üç gündür aramsız yağan qarın hündürlüyü yarım metri keçib.

Sinoptiklər yanvar ayı üçün bu göstəricini rekord hesab edirlər.

Qar yağıntısı güclü küləklə, fırtına ilə müşahidə olunub. Yağıntının bu gün axşam saatlarınadək davam edəcəyi, sonra səngiyəcəyi bildirilib.

Moskva vilayəti rəhbərliyi əhaliyə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi tövsiyə edib.

Güclü qar fırtınası səbəbindən Moskva hava limanlarında 200-ə yaxın uçuş ləğv edilib və ya gecikib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər