Əsas məzmuna keç

ABŞ-İran qarşıdurması Pakistanı çətin seçim qarşısında qoydu

ABŞ-İran qarşıdurması Pakistanı çətin seçim qarşısında qoydu

Vaşinqtonun İrana qarşı iqtisadi təzyiqləri gücləndirməsi Pakistanı çətin vəziyyətdə qoyub: rəsmi İslamabad həm qonşusu ilə ticarət əlaqələrini qorumaq, həm də ABŞ-ın maliyyə sistemindən kənarda qalmamaq üçün balanslı siyasət yürüdür.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ-nin İrana qarşı yeni sanksiyaları Pakistanı çətin qarşısında qoyub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Vaşinqtonun avqustun 24-də “Operation Economic Outcast” adlı genişmiqyaslı kampaniyaya başlaması İranla iqtisadi əlaqələri davam etdirən ölkələr üçün yeni risklər yaradıb.

ABŞ Xəzinədarlıq naziri Skott Bessent Tehranla əməkdaşlığı davam etdirən şirkət və ölkələrin ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Məlumata görə, kampaniya gəmiçilik, aviasiya, texnologiya, qızıl və rəqəmsal aktivlər də daxil olmaqla bir sıra strateji sahələri əhatə edir. Məqsəd İranın beynəlxalq maliyyə sistemindən daha da təcrid olunmasıdır.

Bu vəziyyət üçün xüsusi əhəmiyyət daşıyır. İslamabad və Tehran yaxın vaxtlarda illik dövriyyəsini 10 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi ölkəsinin beynəlxalq hüquqa və İranla imzalanmış ikitərəfli ticarət sazişlərinə sadiq olduğunu bildirib.

Andrabinin sözlərinə görə, Pakistanın İranla iqtisadi əlaqələri beynəlxalq öhdəliklər çərçivəsində həyata keçirilir. O, həmçinin ABŞ və İran arasında qarşıdurmanın iqtisadi problemlərin həlli ilə nəticələnəcəyinə ümid etdiklərini vurğulayıb.

İslamabad eyni zamanda regional gərginliyin azaldılması üçün diplomatik səylərini davam etdirir. Avqustun 24-də Pakistanın yüksək rütbəli rəsmiləri, o cümlədən marşal Asim Munir və naziri Möhsin Naqvi Tehrana səfər edərək İran rəhbərliyi ilə görüşüblər. Pakistan rəsmiləri səfərin Trampın tapşırığı ilə deyil, İslamabadın müstəqil vasitəçilik təşəbbüsü çərçivəsində həyata keçirildiyini bildiriblər.

Bundan əlavə, Pakistan Hörmüz boğazının açılması istiqamətində də diplomatik səylər göstərir. Tahir Andrabi bu istiqamətdə işlərin davam etdiyini, lakin yekun qərarın Vaşinqton və Tehranın mövqeyindən asılı olduğunu qeyd edib.

Hazırda Pakistanın qarşısında əsas vəzifə İranla iqtisadi əlaqələri qorumaqla yanaşı, ABŞ-nin mümkün ikinci dərəcəli sanksiyalarının ölkənin beynəlxalq maliyyə sisteminə çıxışına təsir etməsinin qarşısını almaqdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…