Əsas məzmuna keç

Axtarışda olan şəxs aparıcının evində gizlənibmiş... - FOTO

Axtarışda olan şəxs aparıcının evində gizlənibmiş... - FOTO

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı bəzi faktlar üzə çıxıb. Keçirilən tədbirlərlə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan...

en ru tr

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı bəzi faktlar üzə çıxıb.

“Operativ Məlumat Mərkəzi-OMM” “Qafqazinfo”ya istinadla xəbər verir ki, keçirilən tədbirlərlə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin bilə-bilə evdə gizlədilməsi məlum olub.

Saxlanılan Əlihüseyn Hüseynovun Fira Cəlilova ilə hər hansı qohumluq əlaqəsinin olmaması müəyyən edilib.

Qeyd edək ki, dünən aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib. Onun sözlərinə görə, beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxs evinə daxil olaraq oğurluq edib.

DİN-in Mətbuat xidmətindən aparıcının iddiaları ilə bağlı bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub. Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Axtarışda olan şəxs aparıcının evində gizlənibmiş... - FOTO

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…