Əsas məzmuna keç

Aparıcının evinə basqın edildi - DİN-dən AÇIQLAMA

Aparıcının evinə basqın edildi - DİN-dən AÇIQLAMA

Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı səsləndirdiyi iddialara Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aydınlıq...

en ru tr

Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı səsləndirdiyi iddialara Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aydınlıq gətirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirliyin Mətbuat xidmətindən Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yerinin müəyyən edildiyi bildirilib.

Rəsmi məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, bundan əvvəl aparıcı Fira Cəlilova "Instagram" hesabında paylaşım edərək noyabrın 26-sı saat 22:00 radələrində Novxanıda yerləşən bağ basqın edildiyini bildirmişdi. O, beş avtomobillə gələn təxminən 15 naməlum şəxsin evdən üç mobil telefon, təxminən 20 dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqları apardığını iddia etmişdi. Aparıcı həmin vaxt hadisədə iştirak etdiyi deyilən avtomobillərdən dördünün dövlət qeydiyyat nişanlarını da bölüşərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…