Əsas məzmuna keç

Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurluğu baş verdi

Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurluğu baş verdi

Paytaxtın Binəqədi rayonundakı müəssisədən elektrik naqilləri talan edilib. DİN-in keçirdiyi əməliyyatın detalları və saxlanılanlar barədə daha ətraflı məlumat burada.

en ru

Binəqədi rayonunda şirkətlərin birindən oğurluq edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Naməlum şəxslər axşam saatlarında 539 metr uzunluğunda naqilini oğurlayıblar. Zərərçəkənə dəyən maddi ziyanın miqdarı 7000 manatdır.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Babayev və 27 yaşlı Ş.Şahbazov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların bir müddət öncə həmin şirkətdə çalışdıqları və işdən çıxdıqdan sonra talama cinayətini planlaşdırdıqları məlum olub. Həmçinin saxlanılan şəxslərin oğurladıqları elektrik naqilini əlvan metal qəbulu məntəqəsinə satdıqları da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…