Əsas məzmuna keç

Abşeronda 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Abşeronda 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

DİN-in məlumatına görə, 31 yaşlı R.Quliyeva mənzil almaq bəhanəsi ilə evə daxil olaraq zinət əşyalarını oğurlayıb. Cinayətkar necə yaxalandı?

en ru

Abşeronda özünü alan müştəri kimi təqdim edərək evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin özünü mənzil almaq istəyən müştəri kimi təqdim edərək mənzilə daxil olduğu və ev sahibinin diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…