Əsas məzmuna keç

"Sabah" – "Barselona" matçı bu gün keçiriləcək

"Sabah" – "Barselona" matçı bu gün keçiriləcək

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. “Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Valdas...

en ru

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Valdas Dambrauskasın olduğu kollektiv İspaniya təmsilçisi "Barselona"nı qəbul edəcək.

Liqa mərhələsinin V turunun qarşılaşması Olimpiya Stadionunda, saat 21:45-də start götürəcək.

Matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.

"Sabah" hazırda 3 xalla 30-cı yerdədir. İngiltərənin "" (0:4), Almaniyanın "Borussiya" (Dortmund) (1:2) və Norveçin "Vikinq" komandasına (1:4) uduzan təmsilçisi III turda "Slaviya"ya (Çexiya) qalib gəlib - 2:0.

"Barselona" isə 9 xalla 8-ci pillədə qərarlaşıb. Kataloniyalılar daha əvvəl İngiltərənin "Aston Villa" (3:0), Türkiyənin "Qalatasaray" (4:1) və Niderlandın "Feyenoord" (5:1) klubunu məğlub edib. "Barselona" yeganə məğlubiyyətini II turda Fransada PSJ ilə görüşdə alıb - 2:4.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…