UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən "Sabah" və “Borussiya Dortmund” (Almaniya) komandaları arasında III turun oyunu başa çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma 1:2 hesabı ilə yekunlaşıb.
Qolları Almaniya təmsilçisinin heyətində 10-cu və 53-cü dəqiqələrdə Seru Girassi, 39-cu dəqiqədə isə “Sabah”ın heyətində Eyden Makkarti vurub.
Bununla da “bayquşlar” Liqa mərhələsində ikinci məğlubiyyəti ilə üzləşiblər.
Komanda ilk matçda İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə məğlub olub. İkinci qarşılaşmada isə Çexiyanın “Slaviya Praqa” komandasını 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, “Sabah” növbəti turda Norveçin “Viking” komandası ilə qarşılaşacaq.