Əsas məzmuna keç

Rusiya Afrika ölkələrində PUA istehsalı müəssisələri yaradacaq?

Rusiya Afrika ölkələrində PUA istehsalı müəssisələri yaradacaq?

Sənaye naziri Anton Əlixanov Misir və digər Afrika dövlətlərində Geoskan texnologiyaları əsasında pilotsuz aviasiya sistemlərinin qurulacağını açıqlayıb.

en ru

" pilotsuz uçuş aparatları istehsalçılarının ölkələrində, xüsusilə geoloji kəşfiyyat texnologiyaları sahəsində istehsal müəssisələri yarada biləcəyi bildirilir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiyanın sənaye və ticarət naziri Əlixanov deyib.

Nazirin sözlərinə görə, Rusiya Afrika ölkələrinə yalnız avadanlıq tədarük etməyi deyil, həm də kompleks xidmətlər göstərməyi və yerli mütəxəssisləri hazırlamağı təklif edir.

"Biz təkcə bu avadanlığın tədarükünü təklif etmirik. Bununla yanaşı, tam xidmət paketi və Afrika dövlətlərinin öz mütəxəssislərinin hazırlanmasını da nəzərdə tuturuq ki, onlar lazımi bacarıqlara yiyələnsinlər və gələcəkdə müstəqil işləyə bilsinlər. Həmçinin dünən, xüsusilə də Misirdən olan həmkarlarımızla müvafiq təklifləri müzakirə etdik. Biz bu pilotsuz aviasiya sistemlərinin istehsalını Afrika ölkələrinin ərazisində yerləşdirməyə hazırıq", - Əlixanov bildirib.

O, nümunə kimi forum çərçivəsində təşkil olunan sərgidə nümayiş etdirilən "Geoskan" şirkətinin texnologiyalarını göstərib.

Nazir qeyd edib ki, şirkətin pilotsuz uçuş aparatları Anqola, Burkina-Faso, Zimbabve, Tanzaniya, Cənubi Afrika Respublikası və bir sıra digər ölkələrin bazarlarında artıq effektivliyini sübut edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…