Əsas məzmuna keç

Rusiya Ukraynaya 157 PUA və 16 raketlə hücum edib

Rusiya Ukraynaya 157 PUA və 16 raketlə hücum edib

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı 124 PUA və 7 “Banderol/Dan-T” tipli kiçik qanadlı raket zərərsizləşdirilib. Ölkənin 8 bölgəsində dağıntılar qeydə alınıb.

en ru

Silahlı Qüvvələri gecə saatlarında ərazisinə müxtəlif tipli 157 pilotsuz uçuş aparatı (PUA) və 16 ballistik ilə qanadlı raketdən ibarət kütləvi hava zərbələri endirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı rəsmi məlumat yayıb.

Hava hücumundan müdafiə (HHM) qüvvələrinin effektiv cavab tədbirləri nəticəsində hücum zamanı 124 PUA, eləcə də reaktiv mühərrikli kamikadze pilotsuz uçuş aparatı kimi tanınan 7 “Banderol/Dan-T” tipli kiçik qanadlı raket zərərsizləşdirilib.

Ukrayna Prezidenti Volodimir Zelenskiy bəyan edib ki, hücumlar əsasən Kiyev, və Sumi vilayətlərində mülki və kritik infrastrukturlarını hədəf alıb. Ölkə üzrə ümumilikdə 8 regionda ciddi dağıntılar qeydə alınıb. Kiyev şəhərinin meri paytaxtın bombalanması nəticəsində ən azı 18 dinc sakinin yaralandığını diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…