Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiyanın Kiyevə kütləvi hücumu: 14 nəfər həlak olub

2 dəq
Paylaş:
Rusiyanın Kiyevə kütləvi hücumu: 14 nəfər həlak olub

Rusiyanın Ukraynanın paytaxtı Kiyev və ətraf yaşayış məntəqələrinə həyata keçirdiyi hava hücumları nəticəsində insan tələfatı qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) yaydığı məlumata əsasən, gecə saatlarında baş verən raket və pilotsuz uçuş aparatları ilə hücumlar nəticəsində ilkin məlumata görə 14 nəfər həlak olub.

Məlumata görə, Kiyev meri şəhərin yerli vaxtla saat 01:33-dən etibarən hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlar nəticəsində 26 nəfər yaralanıb. Şəhərin müxtəlif rayonlarında dağıntılar qeydə alınıb. Qolosiyevski rayonunda isə bir müəssisə binasına dəyən zərbə nəticəsində amonyak sızması baş verib. Hazırda hadisə yerlərində axtarış-xilasetmə işləri davam etdirilir.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, Rusiya ordusu gecə ərzində ölkə ərazisinə 24-ü olmaqla ümumilikdə 28 raket və 115 silahlı pilotsuz uçuş aparatı buraxıb. Hava hücumundan müdafiə qüvvələrinin 98 PUA-nı zərərsizləşdirdiyi, lakin hava hücumlarının davam etdiyi və Ukrayna hava məkanında hələ də bir neçə düşmən PUA-sının qaldığı qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax