Əsas məzmuna keç

Rusiyanın Kiyevə gecə hücumu: 2 ölü, 10 yaralı

Rusiyanın Kiyevə gecə hücumu: 2 ölü, 10 yaralı

Kiyev meri Vitali Kliçko şəhərə gecə saatlarında endirilən zərbələr nəticəsində iki nəfərin öldüyünü açıqlayıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

en ru

Rusiyanın gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə təşkil etdiyi nəticəsində iki nəfər ölüb, 10 şəhər sakini yaralanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Vitali hesablarında açıqlayıb.

Onun sözlərinə görə, yaralılardan beşi xəstəxanaya yerləşdirilib. İki yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Hücum nəticəsində Kiyevin müxtəlif ərazilərində anbar və digər kommersiya obyektlərində, özəl məktəbin yerləşdiyi ərazidə, eləcə də yaşayış binalarında yanğınlar baş verib.

Bir sıra binalara və avtomobillərə ziyan dəyib. Hadisə yerlərində fövqəladə hallar xidmətlərinin əməkdaşları və bələdiyyə işçiləri fəaliyyətlərini davam etdirirlər.

Paytaxtda hava hücumu siqnalının hələ də qüvvədə olduğu bildirilib. Kliçko sakinləri təhlükəsiz yerlərdə qalmağa çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…