Əsas məzmuna keç

Rusiyanın Kiyevə hava hücumu nəticəsində ölənlərin sayı artdı

Rusiyanın Kiyevə hava hücumu nəticəsində ölənlərin sayı artdı

Ukrayna paytaxtına edilən gecə hücumları nəticəsində onlarla insan həlak olub və yaralanıb, şəhərin bir neçə rayonunda ciddi dağıntılar qeydə alınıb.

en ru

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə saatlarında endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 11-ə, yaralananların sayı isə 46-ya çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri hesabında məlumat yayıb.

Məlumata görə, Kliçko paylaşdığı videomüraciətdə bildirib ki, hücumlar nəticəsində paytaxtın dörd rayonunda ciddi dağıntılar qeydə alınıb və hadisə yerlərində axtarış-xilasetmə işləri davam etdirilir.

Bildirilir ki, zərbələrdən ən çox ziyan çəkən ərazi Podil rayonu olub. Yerli vaxtla saat 02:45-dən etibarən Kiyev intensiv hava hücumuna məruz qalıb.

Qeyd olunur ki, hadisədən bir gün əvvəl Prezidenti Rusiyanın yeni və genişmiqyaslı hücumlara hazırlaşdığı barədə kəşfiyyat məlumatları əldə etdiklərini açıqlamışdı.

Məlumata əsasən, Zelenski vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və xəbərdarlıqlarına diqqətlə yanaşmağa çağırmışdı.

Xatırladaq ki, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko ilkin açıqlamasında hücum nəticəsində 3 nəfərin öldüyünü, 25 nəfərin yaralandığını bildirmişdi. Sonrakı saatlarda isə rəsmi məlumatlar yenilənərək ölənlərin sayının 11-ə, yaralananların sayının isə 46-ya çatdığı açıqlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…