Əsas məzmuna keç

Azərbaycanda ipoteka qaydaları dəyişdi - DİQQƏT

Azərbaycanda ipoteka qaydaları dəyişdi - DİQQƏT

İpoteka və Kredit Zəmanət Fondu SİMA rəqəmsal imza ilə biometrik təsdiq tətbiq edir, kirayəçi olmayan şəxslərə isə əsas borcalan olmaq imkanı yaradılır.

en ru

Azərbaycanda ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İpoteka və Fonduna istinadən xəbər verir.

Yeni imkan: Fondla qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxs də ipoteka kreditində əsas borcalan kimi çıxış edə bilər.

Biometrik təsdiq: İpoteka müraciətlərində SİMA rəqəmsal imzanın üz tanıma texnologiyası tətbiq olunacaq. Bu, müraciətlərin təhlükəsizliyini artırmağa və kənar müdaxilə riskini azaltmağa yönəlib.

Müraciətlə bağlı təlimat “MyGov” portalında yerləşdirilib. Əlavə məlumat üçün Fondun 1549 Çağrı Mərkəzinə müraciət etmək olar.

İndiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ümumilikdə 4 milyard 185 milyon manatlıq, təxminən 61 min ipoteka krediti verilib. Kreditlərdən yararlananların 67%-ni gənclər və gənc ailələr təşkil edib.

Kalkulyator

Güzəştli, adi və ya bank ipotekası: aylıq ödənişi, ilkin ödənişi və lazım olan gəliri hesablayın.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…