Əsas məzmuna keç

Bu ərazilərdə işıq KƏSİLƏCƏK - DİQQƏT

Bu ərazilərdə işıq KƏSİLƏCƏK - DİQQƏT

“Azərişıq” oktyabrın 8-də Bakı və Abşeronda təmirə başlayır. Yasamal, Səbail, Binəqədi və Masazırın hansı küçələrində işıq olmayacaq? Tam siyahı ilə tanış olun.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 8-də paytaxtın və rayonunun bir sıra ərazilərində elektrik təsərrüfatında təmir, yenidənqurma işləri aparılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Dadaş Bünyadzadə, Mirəli Seyidov, Nazim Hikmət, Tağı Şahbazi küçələri və İnşaatçılar prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yeni Komplekt Transformator Məntəqəsinin (KTM) quraşdırılması işləri zamanı Səbail RETSİ-nə daxil olan Badamdar şossesinin bəzi ərazilərində, eləcə də 2-ci yaşayış massivi 2-ci dalanda saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından qidalanan 6 kV-luq ikidövrəli “Binəqədi-1” və “Binəqədi-2” hava xətləri üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri aparılarkən saat 10:00-dan 16:00-dək 10 May küçəsi və kənd Binəqədi yaşayış məntəqəsinin bir sıra yerlərində enerjinin verilişi məhdudlaşdırılacaq.

Abşeron RETSİ-nə daxil olan 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında yerinə yetiriləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 15:00-dək rayonun Abşeron, Ağaxan Abdullayev, Akim Abbasov, Alı Mustafayev, İlyas Bayramov, İstiqlaliyyət, Qəzənfər Əlizadə, Mirvari Dilbazi, Mübariz İbrahimov, Rəşad Hüseynov, Rizvan Həşimov, Şıxəli Qurbanov, Turqud Xəlilbəyli küçələrini də əhatə edəcək.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Növbəti xəbər yüklənir…