Əsas məzmuna keç

Bu 3 rayonda İŞIQ OLMAYACAQ

Bu 3 rayonda İŞIQ OLMAYACAQ

Oktyabrın 21-də "Azərişıq" ASC tərəfindən aparılacaq təmir işləri səbəbindən paytaxtın bir sıra küçə və prospektlərində elektrik enerjisi fasilələrlə veriləcək.

en ru

Sabah Bakının Yasamal, Nizami və Binəqədi rayonlarının bəzi ərazilərinə enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "" ASC məlumat yayıb.

Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 21-də Yasamal, Nizami və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində aparılacaq.

Yasamalda Transformator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Xaqan Dadaşov, Xıdır Mustafayev və Mirəli Seyidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonunda rele-mühafizə və avtomatikanın yoxlanılması məqsədilə Bəhruz Nuriyev küçəsi, Babək və Qara Qarayev prospektlərinin bəzi ərazilərində saat 09:00-dan 14:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.

Binəqədidə TM-də yerinə yetiriləcək təmir-təftiş işləri zamanı 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsinin bir sıra yerlərində 09:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…