Oktyabrın 13-də Ağdaş və Göyçay Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq bir sıra hava xətlərində və Komplekt Transformator Məntəqəsində (KTM) təmir, eləcə də hava xəttinə toxunan ağacların budanması işləri həyata keçiriləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Ağdaşın Ağzıbir, Aşağı Nemətabad, Hacılar, Xınaxlı, Kotavan, Qaraoğlan, Qobuüstü, Pirəzə, Pirkəkə, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Göyçayda Qaraməryəm, Qarayazı, Şahsoltanlı və Yekəxana kəndlərinin bəzi ərazilərində saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.