Əsas məzmuna keç

Keçmiş komitə sədrinin hoteli satışa çıxarıldı - QİYMƏT

Keçmiş komitə sədrinin hoteli satışa çıxarıldı - QİYMƏT

Vaqif prospektində yerləşən 6 mərtəbəli "GreenPark" hoteli 5,5 milyon manata hərraca çıxarılıb. Obyekti Rafiq Əliyev tikdirib, keçmişdə "İrşad" adlanıb.

en ru

Bakının Nəsimi rayonu, prospekti 11a ünvanında yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” “Yeni Avaz”a istinadən xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 6 mərtəbədən ibarətdir.

Obyektin torpaq sahəsinin ölçüsü 0,06076 hektara bərabərdir. 50 otaqdan ibarət olan və hazırda “GreenPark” adı ilə fəaliyyət göstərən hotelin minimum satış qiyməti 5 milyon 561 min 890 manat təşkil edir. Obyektin ilkin bazar qiymətinin isə 6 milyon 543 min 400 manat olduğu bildirilir.

Qeyd olunub ki, obyekt daha əvvəl “” adı ilə fəaliyyət göstərib. Bu hotelin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Əliyev tərəfindən inşa olunduğu bildirilir. Hazırda “İrşad” İslam Araşdırmaları Mərkəzinin hüquqi ünvanı da Nəsimi rayonu, Vaqif prospekti 11a ünvanında yerləşir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…