Sabah saat 09:00-dan Bakının Yasamal və Nəsimi rayonlarının, Səbail rayonunun böyük hissəsinin, Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarının, Vorovski və Xutor yaşayış massivlərinin, Sulutəpə və Xocasən qəsəbələrinin və Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb SOCAR-ın "Qaz İxrac" İdarəsinin yeni çəkdiyi kəmərin mövcud yüksək təzyiqli magistral kəmərə birləşdirilməsidir.