Sabah İmişli, Saatlı, Sabirabad rayonlarının, həmçinin Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Kəsintilər
- Bakı, Binəqədi Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
- Bakı, Sabunçu Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
- Bakı, Xəzər Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
- Bakı, Suraxanı Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
- Bakı, Pirallahı Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
Bildirilib ki, SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən diametri 530/377/325 mm-lik "Azadkənd-İmişli" yüksək təzyiqli magistral qaz kəmərində korroziya olan hissələri təmir ediləcək.
Bu məqsədlə saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli və Saatlı rayonları tam olaraq (ümumi 46 071 abonent), Sabirabad rayonunun bir hissəsində (ümumi 26 672 abonent), həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsində (ümumi 510 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.