Əsas məzmuna keç

Mingəçevir və Bərdənin bəzi ərazilərində qaz təchizatında fasilə olacaq

Mingəçevir və Bərdənin bəzi ərazilərində qaz təchizatında fasilə olacaq

"Azəriqaz" İB sabah 10:00-dan mavi yanacaq verilişini məhdudlaşdıracaq. Puşkin, Gəncə və Sabir küçələri daxil 2600-dən çox abonent üçün tətbiq ediləcək təmirin təfərrüatları:

en ru

Sabah Mingəçevir şəhərinin və rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Neft Şirkətinin (SOCAR) “” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Mingəçevir şəhərində Toxuculuq və A.Puşkin küçələrində fərdi yaşayış evlərinin qaz təchizatının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən qazın daxildən dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri başa çatanadək davam edəcək fasilə nəticəsində ümumilikdə 380 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Eyni zamanda, Bərdə rayonunda, ölçü qovşağından qidalanan M.Ə.Sabir küçəsində yerləşən qeyri-yaşayış obyektinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması nəzərdə tutulur. Bu səbəbdən İ.Qayıbov, Nüşabə, Vaqif, Koroğlu, H.Aslanov, Sabir və küçələrində yerləşən 2 284 abonentin qaz təminatında fasilə yaranacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…