Əsas məzmuna keç

Əraqçi: Netanyahu həbsə düşməmək üçün ABŞ-ni müharibəyə sürükləyir

Əraqçi: Netanyahu həbsə düşməmək üçün ABŞ-ni müharibəyə sürükləyir

İranın xarici işlər naziri Abbas Əraqçi Netanyahunun İranla bağlı açıqlamalarına münasibət bildirib. O, İsrail baş nazirini ABŞ-ni yeni müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İran İslam Respublikasının naziri İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi Tehrana qarşı səsləndirdiyi təhdid dolu bəyanatlara kəskin reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyənin "TRT Haber" telekanalının yaydığı məlumata əsasən, iranlı diplomat "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edərək İsrail rəhbərliyini ittiham edib. A.Əraqçi Netanyahunun öz siyasi gələcəyini qorumaq və məhkəmə Məsuliyyətindən, mümkün həbsdən yayınmaq məqsədilə Birləşmiş Ştatları yeni bir genişmiqyaslı müharibəyə çəkməyə çalışdığını bildirib.

İran XİN rəhbəri əvvəlki hərbi zərbələrə və təzyiqlərə baxmayaraq, ölkəsinin müdafiə qabiliyyətini daha da gücləndirdiyini iddia edib:

“Ötən dəfə İranı ‘bitirmək’ istəyəndə ölkəmiz bu sınaqdan daha da güclənərək çıxdı. Şansınızı bir daha sınamaq istəyirsiniz? Buyurun, sınayın. Lakin ehtiyatlı olun, bizim də hələ tamamlanmamış işlərimiz var”, – deyə A.Əraqçi vurğulayıb.

“” nəşrinin yaydığı məlumata görə, İsrailin Baş naziri oktyabrın 27-də keçiriləcək parlament seçkilərinin İsrail Dövlətinin mövcudluğu baxımından həyati önəm daşıdığını bəyan edib. B.Netanyahu təqdim etdiyi yeni təhlükəsizlik doktrinasında birbaşa Tehrandakı mövcud rejimin devrilməsi hedafini ortaya qoyub.

İsrail Baş naziri İranın dərinləşən iqtisadi böhran fonunda daxili sosial narazılıqların artdığını və bunun yeni kütləvi etirazlara zəmin yaratdığını iddia edib.

“İrandakı rejimin süqutuna nail olmaq üçün əhatəli və qətiyyətli fəaliyyət planımız mövcuddur. Bütün təhlükəsizlik və kəşfiyyat strukturlarına verdiyim birbaşa tapşırıq bundan ibarətdir”, – deyə Netanyahu bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…