Əsas məzmuna keç

Əraqçi Makrona cavab verdi: “Cənab Prezident, artıq gecdir”

Əraqçi Makrona cavab verdi: “Cənab Prezident, artıq gecdir”

İranın xarici işlər naziri Abbas Əraqçi Fransa Prezidenti Emmanuel Makronun ölkədəki iğtişaşlarla bağlı açıqlamasına sərt reaksiya verib.

en ru

İran İslam Respublikasının naziri Prezidenti Emmanuel Makronun ölkəsindəki kütləvi iğtişaşlar və sosial böhranla bağlı səsləndirdiyi son açıqlamalara sərt reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin yaydığı məlumata əsasən, A.Əraqçi Fransa rəhbərliyini ölkə daxilində nəzarətdən çıxan kütləvi etirazlara görə məsuliyyəti öz üzərindən atmaqda və bəhanələr axtarmaqda ittiham edib.

İran XİN rəhbəri Fransa Prezidentinin daxili sosial-iqtisadi gərginliyi və yanacaq bahalaşmasını Yaxın Şərqdəki hərbi münaqişə və ABŞ-nin hərbi əməliyyatları ilə əlaqələndirmək cəhdini tənqid edib:

“Fransada baş verən kütləvi etirazların və idarəolunmaz iğtişaşların məsuliyyətini Yaxın Şərqdəki hərbi əməliyyatların üzərinə yıxmaq absurddur. Cənab , artıq gecdir, günahı başqalarında axtarmaq əvəzinə öz xalqınızın fundamental tələblərinə və dəyişiklik çağırışlarına qulaq asmalısınız”, – deyə A.Əraqçi bəyan edib.

İranlı diplomat, həmçinin rəsmi Parisi vaxtilə İrana qarşı tətbiq edilən təzyiq və sanksiya siyasətinə dəstək verməkdə ittiham edərək, Franasdakı mövcud böhranın daxili idarəetmə yanlışlıqlarının nəticəsi olduğunu diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…