Əsas məzmuna keç

Rusiyanın Kiyevə raket hücumu: 8 ölü, onlarla yaralı

Rusiyanın Kiyevə raket hücumu: 8 ölü, onlarla yaralı

Ukraynanın paytaxtı Kiyev və Jitomir vilayətlərinə endirilən ağır zərbələr nəticəsində mülki şəxslər həlak olub, dağıntılar qeydə alınıb.

en ru

ordusu Ukraynanın paytaxtı Kiyevə növbəti kütləvi həyata keçirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, meri Vitali Kliçkonun açıqlamasına əsasən, hücum nəticəsində şəhərin bir neçə rayonunda ciddi dağıntılar qeydə alınıb.

Kliçko bildirib ki, zərbələr nəticəsində Solomyansk rayonunda uşaq xəstəxanasının binasına da ziyan dəyib. İlkin məlumata görə, hücumlar nəticəsində Kiyevdə 8 nəfər həlak olub, 33 nəfər isə yaralanıb.

Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hazırda paytaxtın Sviyatoşinskiy, Darnitskiy və Solomyansk rayonlarında dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.

Bundan başqa, Rusiya qüvvələri Jitomir vilayətinə də zərbələr endirib. Hücum nəticəsində 2 nəfər ölüb, 40 nəfər yaralanıb. Zərbələrdən sonra vilayətdəki idarələrindən birində güclü yanğın baş verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…