Rusiyanın Saratov vilayətində "Sberbank"ın məlumat mərkəzi Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA hücumuna məruz qalıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bankın idarə heyətinin birinci sədr müavini Aleksandr Vedyaxin hücum faktını təsdiqlədiyini açıqlayıb.
"Hücum faktını təsdiqləyirik. Bankın bütün sistemləri normal rejimdə fəaliyyət göstərir. Əməkdaşlardan heç kim xəsarət almayıb", - o bildirib.
Məlumat üçün bildirək ki, bu gün səhər saatlarında vilayətin qubernatoru Roman Busargin Balakovo şəhərinin PUA hücumuna məruz qaldığını açıqlayıb. Hücum nəticəsində yaşayış evlərinə ziyan dəyib. İlkin məlumata görə, bir nəfər həlak olub.
Qeyd edək ki, ötən həftə Ukrayna qüvvələrinin zərbələri nəticəsində "Yandex" şirkətinin Sasovo və Kaluqadakı məlumat mərkəzləri də zədələnib. Vladimir şəhərindəki məlumat mərkəzi isə fəaliyyətini tamamilə dayandırıb. Nəticədə şirkətin bir sıra xidmətlərində nasazlıqlar yaranıb.