Əsas məzmuna keç

İsrail ordusu Suriyada mülki yaşayış məntəqələrini atəşə tutdu

İsrail ordusu Suriyada mülki yaşayış məntəqələrini atəşə tutdu

Suriya dövlət televiziyasının məlumatına görə, İsrail qüvvələrinin Mürriyyə kəndindəki yaşayış evlərinə açdığı atəş nəticəsində yerli sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar.

en ru

Suriyanın rəsmi yayım orqanı olan “el-İhbariye” telekanalının məlumatına görə, İsrail ordusu ölkənin Mürriyyə kəndi istiqamətində hərbi əməliyyat keçirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, hərbçilər kəndin müxtəlif ərazilərində mülki şəxslərin evlərinə atəş açıblar.

Məlumata görə, hücumdan sonra bölgədə yaşayan sakinlər təhlükəsizlik məqsədilə evlərini tərk edərək ərazidən uzaqlaşıblar.

Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, bölgədə gərginlik davam edir və hadisələrlə bağlı beynəlxalq səviyyədə müxtəlif bəyanatlar səsləndirilir.

Türkiyənin naziri da İsrailin regiondakı siyasətini “təhrikedici” adlandırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…