Əsas məzmuna keç

Misir XİN rəhbəri Əraqçiyə zəng etdi

Misir XİN rəhbəri Əraqçiyə zəng etdi

Bədr Əbdülati və Abbas Əraqçi Yaxın Şərqdəki gərginliyi müzakirə edib. Misirli nazir eskalasiyanı durdurmaq üçün Tehran və Vaşinqton arasında dialoqun vacibliyini vurğulayıb.

en ru

Misirin və beynəlxalq əməkdaşlıq naziri Əbdülati bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə aparıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Telefon danışığı zamanı regiondakı vəziyyət, sürətlə inkişaf edən hadisələr, gərginliyin azaldılması və mövcud eskalasiyanın qarşısının alınması istiqamətində görülə biləcək tədbirlər müzakirə olunub.

Bədr Əbdülati Səudiyyə Ərəbistanının ərazisinə qarşı bütün hücumların dərhal dayandırılmasının vacibliyini vurğulayıb. O, bu hücumlara heç bir bəraət qazandırıla bilməyəcəyini və onların qəbuledilməz olduğunu qeyd edib.

Nazir regionun bütün ölkələrinin və bütövlükdə dünyanın təhlükəsizliyi və sabitliyi üçün mənfi nəticələr doğuran regional gərginliyin azaldılmasının və onun daha da artmasının qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb.

Bədr Əbdülati həmçinin mövcud fikir ayrılıqlarının həlli, regionda eskalasiya və qeyri-sabitliyin qarşısının alınması üçün siyasi və diplomatik vasitələrə üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Misirli nazir mövcud mübahisələrin həlli və regionda gərginliyin daha da artmasının qarşısının alınması üçün yeganə yolun İranla arasında danışıqların və dialoqun bərpası olduğunu bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…