Əsas məzmuna keç

İran və Səudiyyə XİN rəhbərləri İslamabad görüşünü müzakirə etdilər

İran və Səudiyyə XİN rəhbərləri İslamabad görüşünü müzakirə etdilər

Abbas Əraqçi və Feysal bin Fərhan atəşkəs, Pakistan görüşü və regional durumu dəyərləndirib. Trampın Hörmüz boğazı planı gərginliyi necə artıracaq? Təfərrüatlar:

en ru

İran və arasında yüksək səviyyəli təmas baş tutub. İranın naziri Abbas Əraqçi və səudiyyəli həmkarı Feysal bin Fərhan Əl Səud apararaq, regiondakı gərginliyi və İslamabadda keçirilən İran-ABŞ danışıqlarını müzakirə ediblər.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” "Mehr" informasiya agentliyinə istinadən məlumat verir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Buna cavab olaraq İran, ABŞ və müttəfiqlərinin Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdəki hərbi bazalarına zərbələr endirib.

Gərginliyin ardınca, 2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Daha sonra, aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə tərəflər arasında birbaşa danışıqlar keçirilib.

Bütün bu proseslərin fonunda ABŞ prezidenti yeni bir qərar açıqlayıb. O bildirib ki, ABŞ hərbçiləri aprelin 13-ü, bazar ertəsi ABŞ Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazının blokadasına başlamağı planlaşdırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…