Bu gün Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında mina hadisəsi baș verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
“1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır”, - məlumatda qeyd olunub.