Əsas məzmuna keç

Hərbi xidmətdən yayınma faktları ilə bağlı cinayət işləri açılıb

Hərbi xidmətdən yayınma faktları ilə bağlı cinayət işləri açılıb

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Hərbi Prokurorluqdan...

en ru

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə işləri başlanılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirməklə hərbi xidmətdən boyun qaçırmağa cəhd göstərirlər.

Hərbi tərəfindən cari ilin iyul və oktyabr çağırışları dövründə bu kimi 5 fakt üzrə Xidmətin şəhər idarəsində, İmişli rayon şöbəsində, və Şuşa rayon bölmələrində hərbi qeydiyyatda olan çağırışçılar barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işləri başlanılaraq istintaq aparılır.

"Vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən "çağırışdan boyun qaçırma" dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür və həmin əməllər cinayət məsuliyyətinə səbəb olur", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…