Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu nəticəsində ölənlərin sayı 5 372 nəfərə çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, xəstəlikdən ölüm faizi 51,6 təşkil edir.
Qeyd olunub ki, ölkədə 10 414 nəfərdə Ebola virusuna yoluxma təsdiqlənib.
Xəstəlik 26 əyalətə yayılıb. Bu göstəricilərə əsasən, hazırkı epidemiya ölkə tarixində ən çox insan tələfatına səbəb olan Ebola epidemiyası hesab olunur.
Ölənlərin sayında qeydə alınan kəskin artımın bir gün ərzində yoluxma hallarının çoxalması ilə deyil, statistik məlumatların yenidən hesablanması ilə bağlı olduğu bildirilir.
Ebola virusuna yoluxma halları Keniya və Nigeriyada da qeydə alınıb.
Uqandada isə avqust ayından bəri yeni yoluxma halı aşkarlanmayıb.