Əsas məzmuna keç

Daha bir əyalətdə Ebolaya yoluxma aşkarlandı

Daha bir əyalətdə Ebolaya yoluxma aşkarlandı

Konqo Demokratik Respublikasının Şimali Ubanqi bölgəsində 2 gənc virusa yoluxub, İturi və Şimali Kivu əyalətlərində isə 9 mindən çox xəstə qeydə alınıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Respublikasında virusuna yoluxma halları daha bir əyalətdə - Şimali Ubanqidə qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb

Bildirilib ki, bununla da virusun yayıldığı əyalətlərin sayı səkkizə çatıb.

Qeyd olunub ki, yaşı 20 ətrafında olan iki kişi Ebola virusuna yoluxub. Onlardan biri həyatını itirib. Hesabatda yoluxma mənbəyi barədə məlumat açıqlanmayıb.

Oktyabrın 16-na olan məlumata əsasən isə ölkədə ümumilikdə 9 415 yoluxma halı təsdiqlənib, 4 536 nəfər isə xəstəlikdən dünyasını dəyişib. Ölüm faizi 48,2 faiz təşkil edib.

Ölkənin şərqində yerləşən İturi əyaləti epidemiyanın əsas mərkəzi olaraq qalır. Təsdiqlənmiş yoluxma hallarının 73 faizindən çoxu bu əyalətin payına düşür. Qonşu Şimali əyaləti isə yoluxma sayına görə ikinci yerdədir.

May ayında elan edilən Ebola epidemiyası Konqo Demokratik Respublikasında indiyədək qeydə alınmış ən genişmiqyaslı və ən ölümcül epidemiya, dünyada isə 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş və 11 mindən çox insanın ölümünə səbəb olmuş epidemiyadan sonra ikinci ən böyük epidemiya hesab olunur.

Bundan başqa, oktyabrın 18-də Keniyada Ebola virusuna səkkizinci yoluxma halı elan edilib. Oktyabrın 17-də isə dörd yeni yoluxma təsdiqlənib.

Yeni yoluxanlardan üçü oktyabrın 5-də Konqo Demokratik Respublikasından Nayrobiyə gələn və daha sonra vəfat edən ilk Ebola xəstəsini müalicə etmiş tibb işçiləridir. Dördüncü yoluxma halı isə həmin xəstə ilə təmasda olmuş şəxsdə aşkarlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…