Əsas məzmuna keç

Rəşid Vəzirova VƏZİFƏ VERİLDİ - Dosye

Rəşid Vəzirova VƏZİFƏ VERİLDİ - Dosye

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrinə əsasən, Vəzirov Rəşid Şamil oğlu nazirin müşaviri təyin olunub. Bu barədə “Operativ Məlumat...

en ru

Əmək və əhalinin sosial müdafiəsi naziri Əliyevin əmrinə əsasən, Vəzirov Şamil oğlu nazirin müşaviri təyin olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Tibb Universitetinin məzunudur, tibb üzrə fəlsəfə doktorudur. Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) və Yaponiyanın Fukuoka şəhərində xəstəxana idarəçiliyi üzrə təhsil və ixtisasartırma proqramlarında iştirak edib.

Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə, 2018-ci ilin noyabr ayından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib.

O, uzun illər səhiyyə idarəçiliyi, beynəlxalq layihələrin əlaqələndirilməsi və irimiqyaslı tədbirlərin tibbi təminatının təşkili sahələrində çalışıb.

"Formula 1" yarışlarında tibbi təminat üzrə baş həkim, 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının Təşkilat Komitəsində tibbi və antidopinq məsələləri üzrə rəhbər müavini olub. Həmçinin 2017-ci il İslam Həmrəyliyi Oyunları, COP29 və MDB Oyunları çərçivəsində tibbi məsələlər üzrə müşavir kimi fəaliyyət göstərib.

Əmək fəaliyyətinin müxtəlif dövrlərində Beynəlxalq Qızıl Xaç Komitəsində və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondda da çalışıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…