Əsas məzmuna keç
Azər Rasim oğlu Abbasov

Azər Rasim oğlu Abbasov

İdarə Heyəti sədrinin müavini

Maliyyə Monitorinqi Xidməti

Mənbə: fiu.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

Azər Rasim oğlu Abbasov 1985-ci ildə Bakı şəhərində anadan olub.

2006-cı ildən Azərbaycan Hüquqçular Assosiasiyasında hüquqşünas, 2008-ci ildən Ədliyyə Nazirliyində məhkəmə nəzarətçisi işləyib. 2010–2016-cı illərdə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətində böyük hüquq məsləhətçisi, 2016–2018-ci illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətində Hüquq sektorunun müdiri, 2018–2023-cü illərdə Maliyyə Monitorinqi Xidmətində Hüquq departamentinin direktoru olub.

22 iyun 2023-cü ildə Prezidentin 3930 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2007 — Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, bakalavr
  • 2010 — Bakı Dövlət Universiteti, kommersiya hüququ, magistr