Əsas məzmuna keç
Yaşar Allahqulu oğlu Əməşov

Yaşar Allahqulu oğlu Əməşov

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini

Mənbə: scis.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

Yaşar Allahqulu oğlu Əməşov 1976-cı il noyabrın 3-də Cəlilabad rayonunda anadan olub. 1997–1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib, 1998–2000-ci illərdə Silahlı Qüvvələrdə zabit kimi həqiqi hərbi xidmət keçib.

2000–2018-ci illərdə Milli Məclis Aparatında məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi, sektor müdiri və şöbə müdirinin müavini vəzifələrində işləyib. 2018–2019-cu illərdə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi, 2019–2020-ci illərdə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri olub. 2020-ci il mayın 8-də Milli Məclis Aparatı rəhbərinin müavini təyin edilib.

2026-cı il aprelin 9-da Prezidentin Sərəncamı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini təyin edilib, digər Sərəncamla ona general-mayor ali hərbi rütbəsi verilib. 2022-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Mənbə: APA.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1993–1997 — Bakı Dövlət Universiteti, Riyaziyyat fakültəsi
  • 2004–2008 — Bakı Dövlət Universiteti, Beynəlxalq hüquq fakültəsi