Əsas məzmuna keç

Mənbə: competition.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

Elnur Şəmistan oğlu Bağırov 1973-cü ildə Bakı şəhərində anadan olub.

Əmək fəaliyyətinə 1995-ci ildə “Philip Morris” şirkətində başlayıb, 2000-ci ilədək maliyyə və marketinq sahəsində müxtəlif vəzifələrdə işləyib. 2001–2002-ci illərdə “Coca-Cola” şirkətində Azərbaycan, Gürcüstan və Türkmənistan üzrə media meneceri, 2003–2021-ci illərdə “İmperial Tobacco” şirkətinin Azərbaycandakı nümayəndəliyində marketinq üzrə menecer, sonra nümayəndəliyin rəhbəri olub.

2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib, 16 dekabr 2022-ci ildə Prezidentin sərəncamı ilə Xidmətin rəis müavini təyin edilib. 12 fevral 2025-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1991–1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb.