Mirzə Vahid oğlu Mirzəyev
Sədrin müavini
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
Tərcümeyi-hal
Mirzə Vahid oğlu Mirzəyev 1992-ci ildə Bakı şəhərində anadan olub.
Əmək fəaliyyətinə 2011-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni Mərkəzində iqtisadçı kimi başlayıb və 2013-cü ilədək orada işləyib. 2015–2016-cı illərdə Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsində aparıcı məsləhətçi, 2016–2017-ci illərdə “TAN” MMC-də direktor, 2017–2018-ci illərdə Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsində daxili auditor olub.
2018–2019-cu illərdə Vergilər Nazirliyinin Vergi auditi baş idarəsində dövlət vergi müfəttişi, 2019–2024-cü illərdə həmin baş idarədə şöbə rəisi və baş idarənin rəis müavini, 2024-cü ilin aprelindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi işləyib. 10 fevral 2026-cı ildə Prezidentin sərəncamı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müavini təyin edilib.
Təhsil
- 2012 — Bakı Dövlət Universiteti, iqtisadi kibernetika, bakalavr
- 2014 — “Queen Mary” Universiteti (Böyük Britaniya), bank işi ixtisası
- 2015 — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, iqtisadiyyatın tənzimlənməsi, magistr