İlqar İlham oğlu Həsənov
Sədrin müavini
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
Tərcümeyi-hal
İlqar İlham oğlu Həsənov 1980-ci ildə Bakı şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1999-cu ildə “AzEuroTel” Birgə Müəssisəsində mühəndis kimi başlayıb, 2005-ci ilədək orada iqtisadçı və şöbə rəisi işləyib. 2005–2016-cı illərdə “Aztrank” MMC-nin direktoru, Kanadanın “Stonepay Commercial Construction” şirkətinin Azərbaycandakı nümayəndəliyində layihə rəhbəri və “AzEuroTel” MMC-nin direktoru olub.
2020–2022-ci illərdə Azərbaycan Standartlaşdırma İnstitutunda baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri işləyib. 16 dekabr 2022-ci ildə Prezidentin sərəncamı ilə Xidmətin rəis müavini təyin edilib, 2025-ci ilin fevralından Agentlikdə sədrin müşaviri olub. 10 fevral 2026-cı ildə Prezidentin sərəncamı ilə Agentliyin sədrinin müavini təyin edilib.
Təhsil
- 2000 — Azərbaycan Qərb Universiteti, Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsi
- 2011 — Azərbaycan Dövlət İqtisad Universiteti, biznesin təşkili və idarəedilməsi, magistr
- 2020 — York Universitetinin Schulich Biznes Məktəbi, MBA