Əsas məzmuna keç

Mənbə: competition.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

Cəfər Zaur oğlu Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub.

Əmək fəaliyyətinə 2002-ci ildə “Baker & McKenzie – CIS Ltd” şirkətində hüquqşünas kimi başlayıb, 2003–2007-ci illərdə “OMNİ” QSC-də işləyib. 2007–2010-cu illərdə İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasında hüquq məsləhətçisi, 2010–2015-ci illərdə bir sıra özəl şirkətlərdə korporativ tənzimləmə və nəzarət üzrə müşavir, baş müdir müavini və baş menecerin müavini, 2018–2021-ci illərdə “Veysəloğlu” MMC-də hüquq və daxili nəzarət üzrə rəhbər, biznesə dəstək üzrə direktor olub.

2021–2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi işləyib, 16 dekabr 2022-ci ildə Prezidentin sərəncamı ilə Xidmətin rəis müavini təyin edilib. 2025-ci ilin fevralından Agentlikdə sədrin müşaviri olub. 10 fevral 2026-cı ildə Prezidentin sərəncamı ilə Agentliyin sədrinin birinci müavini təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2002 — Bakı Dövlət Universiteti, beynəlxalq hüquq, bakalavr
  • 2004 — Bakı Dövlət Universiteti, magistr (fərqlənmə diplomu)
  • 2005–2006 — Uorvik (Warwick) Universiteti (Böyük Britaniya), beynəlxalq iqtisadi hüquq, magistr (“Chevening” təqaüd proqramı)
  • 2014–2016 — IE Biznes Məktəbi (İspaniya), MBA