Hasil Vasif oğlu Abbasov
İdarə Heyətinin sədri
Dövlət Məşğulluq Agentliyi
Tərcümeyi-hal
Hasil Abbasov 1985-ci ildə anadan olub.
2012–2014-cü illərdə Dünya Bankı ilə birgə layihələrdə, 2014–2019-cu illərdə özəl sektorda müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, ASAN İnnovativ İnkişaf Mərkəzinin direktoru, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini vəzifələrində işləyib. 2024-cü ilin oktyabrından Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini olub.
8 yanvar 2026-cı ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Təhsil
- 2003–2007 — Azərbaycan Dillər Universiteti, beynəlxalq münasibətlər, bakalavr
- 2008–2010 — Makquari Universiteti (Avstraliya), beynəlxalq münasibətlər, magistr (“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində)