Zəka Aqil oğlu Mirzəyev
İdarə Heyətinin sədri
Dövlət Sosial Müdafiə Fondu
Tərcümeyi-hal
Zəka Mirzəyev 1978-ci ildə anadan olub.
2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi işləyib, 2003–2004-cü illərdə hərbi xidmətdə olub. 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri və müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunda idarə rəisi vəzifələrində çalışıb. 2020-ci ildən Fondun İdarə Heyəti sədrinin müavini olub.
16 aprel 2025-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Təhsil
- 2000 — Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi, beynəlxalq hüquq, bakalavr
- 2002 — həmin ixtisas üzrə magistr (fərqlənmə diplomu)
- 2007 — aspirantura