Əsas məzmuna keç
Samirə Fəxrəddin qızı Musayeva

Samirə Fəxrəddin qızı Musayeva

Dövlət Vergi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Mənbə: taxes.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Samirə Fəxrəddin qızı Musayeva 4 dekabr 1985-ci ildə Bakı şəhərində doğulub.

2007-ci ildə Bakı Apelyasiya Məhkəməsinin aparatında baş mütəxəssis işləyib. 2007–2010-cu illərdə Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Qeydiyyat şöbəsində hüquqşünas və baş hüquqşünas, 2010–2011-ci illərdə Hüquqi təminat idarəsinin rəis müavini olub. 2011–2016-cı illərdə ardıcıl olaraq Hüquqi təminat idarəsinin, Hüquq idarəsinin və Hüquq Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

2016–2020-ci illərdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi, Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru və Vergi siyasəti Baş İdarəsinin rəisi işləyib. Prezidentin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini təyin edilib.

3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. 10 fevral 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 9 fevral 2019-cu ildə 3-cü dərəcəli "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2007 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi, bakalavr, fərqlənmə diplomu (təhsil dövründə Prezident təqaüdçüsü olub)
  • 2010 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi, magistr, fərqlənmə diplomu