Tərcümeyi-hal
İlqar Tapdıq oğlu Gülməmmədov 1972-ci ildə Bakı şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1996-cı ildə 9 saylı Təmir-tikinti trestində kommersiya məsələləri üzrə müdir müavini kimi başlayıb, 2009-cu ilədək müxtəlif təşkilatlarda kommersiya və maliyyə məsələləri üzrə müdir müavini işləyib. Sonrakı beş ildə “Favorit” MMC-nin direktoru olub. 2014-cü ildən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidmətində Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) ilə birgə Kənd yerlərinin Kompleks İnkişafı layihəsinin kreditlər üzrə baş koordinatoru, 2018-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda audit şöbəsinin müdiri işləyib.
19 noyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini təyin edilib.
Təhsil
1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Material resursların idarə edilməsi” fakültəsini iqtisadçı ixtisası üzrə bitirib. Qərbi Kaspi Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsinin dissertantıdır.